Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan öz Prezidentinin rəhbərliyi altında bütün istiqamətlərdə uğurla inkişaf edir

0

  • Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin bugünkü müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş məqsədəuyğun siyasəti uğurlu istiqamətdə inkişaf edir.Prezidentliyinin ilk günündən bu günə qədər qarşıya qoyulan bütün məqsədlərin icrasına yönəlmiş fəaliyyət planları onun şəxsi nəzarəti altında hər zaman uğurla həyata keçirilir. İyulun 15-də İlham Əliyevin rəhbərliyi altında bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirənin başlanğıcında Azərbaycanın xarici siyasətdəki mövqeyini vurğulayan Cənab Prezident ölkəmizin beynəlxalq arenada əldə etdiyi nüfuzdan söz açıb. Tarixənqonşuluq münasibətlərində sülhsevər mövqeyə sadiq qalan ölkəmiz bu gündə öz qonşuları iləhəmin mövqedə dayanır. Türkiyə, İran, Rusiya, Gürcüstan ilə uğurlu qonşuluq münasibətləriniqeyd edən Cənab Prezident bir çox beynəlxalq təşkilatlarla,o cümlədən İslam ƏmakdaşlıqTəşkilatı, Avropa İttifaqı ilə olan mühüm əlaqələrə toxunub. İlham Əliyevin xarici ölkələrə etdiyi işgüzar səfərlər, həmçinin nüfuzlu dövlət liderlərinin ölkəmizə səfərləri, qurulan mühüm əlaqələr, həyata keçirilən ölkə əhəmiyyətli layihələr ölkəmizin xarici siyasətdəki aparıcı mövqeyindən xəbər verir. Həmçinin müşavirədə Ermənistanla olan münasibətlərdə toxunulub. Ermənistanın qəbul edib, ancaq yerinə yetirmədiyi öhdəliklərin, həmçinin yaratdıqları mənfi halların qəbuledilməzliyi vurğulanıb və bununla bağlı xəbərdarlıq edilib.Prezident İlham Əliyev hərbi sahədə aparılan islahatların əhəmiyyətini vurğulayıb, alınan yenihərbi sursat və texnikaların, həmçinin imzalanan xüsusi əhəmiyyətli kontraktların ölkəmiz üçün vacibliyini qeyd edib. İlham Əliyevin şəhid ailələrinə, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğısı hər zaman ön planda olub. Müşavirədə Cənab Prezident Qarabağda aparılan təmir tikinti işlərindən danışaraq Qarabağın nəinki Azərbaycan bütündünya üçün nümunəvi bölgə olacağını qeyd edib. Bu xəbər nəinki qarabağlılar bütün azərbaycanlılar üçün sevinc müjdəsidi. Daha sonra müşavirədə iqtisadiyyat və qeyri - neftiqtisadiyyatı sahələrində olan inkişafımız diqqətə çatdırılıb. Xarici dövlət borcunun azaldığı vəbunun ümumi daxili məhsulun 10% ni təşkil etdiyi qeyd edilib. Bu hal ölkəmiz üçün təqdirəlayiq haldır. Prezident İlham Əliyev sosial sahədəki yeniliklərdən söz açaraq bu sahənin inkişafına özünün xüsusi diqqətini qeyd edib. Son illərdə əhalinin sosial müdafiəsi daha da gücləndirilməsi istiqamətində uğurlu addımlar atılır. Şəhid ailələri və qazilərimizin ümumi məişət şəraitinin yaxşılaşdırılması məqsədilə, onların mənzillərlə təmin edilməsi, qazilərimizin son modelprotezlərlə təmin edilməsi, məşğulluq marafonun yaradılması bunun əsaslı sübutudur.Energetika və nəqliyyat sahəsindəki əldə edilən uğurlar qeyd edilərək, müzakirə olunub.Son 6 ayda əldə edilən nəticələr onu göstərir ki, Azərbaycan öz prezidentinin rəhbərliyi altında bütün istiqamətlərdə uğurla inkişaf edir. Əldə edilən bütün uğurlar ölkəmizin qazanacağı daha böyük uğurlardan və onun parlaq gələcəyindən xəbər verir.Natəvan Quliyeva,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib50 dəfə
    Azərbaycan öz Prezidentinin rəhbərliyi altında bütün istiqamətlərdə uğurla inkişaf edir

    Maraqlı gələ bilər